"Monako" qapıçısını İtaliyada tapdı

11:43 - 17 Avqust 2013

"Sampdoriya"nın əlcək ustası fransız klubunda
 
Yeni mövsümdə qarşısına çempion olmaq hədəfi qoyan "Monako" növbəti transferini reallaşdırıb.
 
Sportal.az xəbər verir ki, fransız təmsilçisi İtaliyanın "Sampdoriya" klubunda forma geyinən argentinalı qapıçı Serxio Romeronu heyətinə qatıb. 26 yaşlı əlcək ustası 1 il icarə əsasında "Monako"da çıxış edəcək. Bu transferə görə, "qırmızı-ağlar" qarşı tərəfə 5 milyon avro ödəyib.
 
Qeyd edək ki, Romero Argentina millisinin üzvüdür.

Xəbər xətti