3 "Fənərbaxça"lı millimizdə

14:21 - 11 Sentyabr 2013

Yığmamız Portuqaliya ilə yoldaşlıq oyunu keçirəcək
 
Sentyabrın 13-dən 16-dək Bakıda, 16-dan 19-na qədər isə Portuqaliyada futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq.
 
Sportal.az xəbər verir ki, toplanış çərçivəsində yığmamız sentyabrın 17-də və 18-də Portuqaliya millisi ilə yoldaşlıq oyunu keçirəcək. Toplanışa dəvət olunmuş futzalçıların siyahısını diqqətinizə çatdırırıq:
 
Buranello Laercio - “Araz”
Marat Salyanski - “Araz”
Elnur Zamanov - “Ekol”
Ribeyro Felipe - “Araz”
İsa Atayev - “Araz”
Seymur Məmmədov - “Fənərbağça”
Elnur Qəmbərov - “Araz”
Eduardo Mello Borges - “Araz”
Mashado Dos Santos Nilson - “Araz”
Vitali Borisov - “Araz”
Fərid Ələkbərov - “Fənərbağça”
Ramiz Covdarov - “Araz”
Fernandes Amadeu - “Araz”
İlkin Hacıyev - “Fənərbağça”
 
Qeyd edək ki, oyunların keçirilməsi ilə bağlı təklif Portuqaliya Futzal Federasiyası tərəfindən irəli sürülüb. 

Xəbər xətti