Anderson:"Qəbələ"dən xallar almışıq amma bu il...."
"Simurq"un futbolçusu Anderson De Oliveyranın Sportal.az-a müsahibəsi:
- "Qarabağ"la oyun necə keçdi?
- Bizim üçün ağır oyun oldu. Biz bu oyuna yaxşı hazırlaşmışdıq və konsantrasiya olmuşduq. Qələbə üçün meydana çıxdıq amma alınmadı bir xal da pis deyil.
- Oyundakı hakim idarəçiliyindən razı qaldın?
- Həqiqətən hakim oyunu hakim kimi idarə etmədi. Bizim komandanın oyunçusunu xaric etdi, bizim komandanı "sındırdı". Ancaq bu futboldur və hər şey ola bilər.
- Oyunun nəticəsinə görə, "Simurq" bir xal qazandı, yoxsa iki xal itirdi?
- Biz üç xala görə çıxmışdıq meydana amma alınmadı. Belə bir komandaya qarşı oyunda bir xal da pis deyil. Komandamız meydanda sonuna qədər vuruşdu.
- Bu tur "Qəbələ" ilə qarşılaşacaqsınız. Geridə qalan oyunlara şahidi olmuşuq ki, "Simurq" çox vaxt "Qəbələ"dən vacib xallar alıb. Bu mövsüm bunu da təkrarlaya biləcəksinizmi?
- Bəli, sonuncu oyunlarda xal almışıq amma bu il "Qəbələ" yeni baş məşqçi və futbolçulardan təşkil olunub. Ona görə bir az çətin olacaq, biz yenə də üç xal üçün meydana çıxacağıq.
- Son oyunlarda "Simurq" azarkeşləri azlıq təşkil edir. Səncə, bunun səbəbi nədir?
- Əsas səbəb oyunlarımızın başqa yerlərdə olmasıdır, məsafə çox olur . Yaxın zamanlarda Zaqatalaya qayıdacağıq. Onda stadionun dolacağına tam əminəm.
- Keçən mövsüm komandan 4-cü yerdə bitirərək sürprizə imza atdınız. Bu il də təkrarlaya biləcəksinizmi?
- Hər oyuna qələbə məqsədi ilə çıxırıq. Biz əlimizdən gələni edəcəyik və əminəm ki, bu mövsümdə yaxşı yerlərdən birinə sahib çıxacağıq.
- Əsas hücumçulaınızdan sayılan Dreqan Çeran 4 oyunluq cəzalandırılıb. Bu "Simurq"a qol vurmaqda çətinlik yaratmayacaq ki?
- Çeran bizim üçün çox vacib oyunçudur, təəssüflər olsun ki, o bizi kömək etməyəcək. Ancaq komandada yaxşı futbolçular var, inanıram ki, onlar bu işin öhdəsindən layiqincə gələcəklər.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi