"Çempionatda qalmaq uğrunda mübarizə aparacağıq" MÜSAHİBƏ

15:35 - 25 Sentyabr 2013

Bəxtiyar Həsənalızadə: "Arzum budur ki, Sumqayıtda ən azı iki komanda olsun"
 
"Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin Sportal.az-a müsahibəsi
 
- "Neftçi" ilə səfərdə heç-heçə etdiniz. Bu oyunla bağlı düşüncələrin nədən ibarətdir?
- Yaxşı mübarizə apardıq. Müdafiə xəttində inamlı oynadıq və "Neftçi" kimi bir komandadan bir xal ala bildik. Komanda yoldaşlarım meydanda sona kimi mübarizə apardı.  Bir neçə qol vəziyyətlərindən yararlana bilmədik. Deyərdim ki, hər iki tərəf qələbə yaxın idi. Belə davam etsək, inanıram ki, növbəti turlarda bunun bəhrəsini görəcəyik.
 
- "Neftçi" bir neçə qol vəziyyətlərindən yaralana bilmədi. Sizin də müdafiə xəttiniz bu gün inamlı təsir bağışladı. Ötən turlardan sonra nə dəyişdi ki, rəqibə qarşı belə əzmkar mübarizə apardınız?
- Ötən tür "Simurq"a məğlub olmuşduq. Baş məşqçi bizi bu ouyuna kökləyə bildi. Bizi burada çətin oyun gözlədiyini bilirdik. Meydanda hər mövqedə top uğrunda sona kimi mübarizə apardıq və deyərdim ki, sərfəli nəticə əldə etdik.
 
- Bəzi oyunlarda meydanda olmursan. Bu nə ilə bağlıdı?
- "Qəbələ" ilə oyunda zədəm olmuşdu. "Qarabağ"la oyunda 45 dəqiqə mübarizə aparmışdım. Hal-hazırda öüzüm tam hazır hiss edirəm və özümə güvənirəm.
 
- Ümumiyyətlə "Neftçi"dən xal alacağınızı gözləyirdiniz?
- Əlbəətə, oyundan öncə soyunub-geyinmə otağında danışmışdıq ki, qələbə qazanaq. Qalib gələ bilməsəkdə bir xalı aktivimizə yazdıra bildik. Biz söz vermişdik ki, bu oyunu uduzmayacağıq. Həmin gündə Sumqayıtda stadionumuzun açılışı idi və bunu da nəzərə almışdıq ki, məğlub olmayaq.
 
- "Sumqayıt" stabil futbol sərgiləmir. Ümumiyyətlə komanda bu mövsüm nəyə ümid edir?
- Mənim arzum budur ki, Sumqayıtda ən azı iki komanda olsun.  Sumqayıtda həmişə futbol olub. Futbol olmayanda belə, daima futbolçular olub.  Əlimizdən ələni edirik ki, yüksək yerlərdə olaq. Bu gün reallıq odur ki, çempionatda qalmaq uğrunda mübarizə aparacağıq. Bunun səbəblərində biri də, çempionatda güclü komandaların olmasıdır.
 
- 20 yaşın var və hələ bu günə kimi milli komandanın şərəfini qorumamısan. Buna səbəb nədir?
- Hələ bununla bağlı mənə dəvət gəlməyib, amma çağırsalar canla-başla Azərbaycan yığma komandasının şərəfini qoruyaram.
 
Ayaz İBRAHİMOV

Xəbər xətti