"Qələbə qazana bilməməyimizdə hakimlərin də rolu var" MÜSAHİBƏ

16:46 - 25 Sentyabr 2013

Vadim Abdullayev: "Sumqayıt"la oyunda xal itirə bilmərik"
 
"Bakı"nın futbolçusu Vadim Abdullayevin Sportal.az-a müsahibəsi:
 
- "İnter"lə oyun haqqında nə deyə bilərsən? Qalib gəlməyinizə nə mane oldu?
- Komanda olaraq yaxşı başladıq oyuna. Sadəcə son dəqiqələrdə komanda bir az arxaynləşdi. "İnter"in də əlinə şans düşdü, onlar da bu şansdan istifadə etdi.
 
- Komanda bu oyunda 1 xal qazandı yoxsa iki xal itirdi?
- Biz bu oyunda bizə lazım olan iki xal itirdik.
 
- Bu mövsüm Pantiçin etimad göstərdiyi gənc oyunçulardan biri də sənsən. Bütün oyunlarda əsas heyətdə olursan. Baş məşqçi royunundan razıdır?
- Mən həmişə çalışmışam meydanda can qoyum komandama kömək edim. Hər gün məşq edirəm. Bilirəm ki, öz üzərimdə işləməliyəm və bunu da etməyə çalışıram.
 
- Son iki oyunda qalib gələ bilmirsiniz. Bunun əsas səbəbi nədir?
- Məncə, qələbə qazana bilməməyimizdə hakimlərin də rolu var. Bir oyunda olsa, nə isə demək düzgün çıxmaz. Amma "Xəzər Lənkəran"la, "İnter"lə oyunda şahidi olduq ki, hakim səhvi oyunun nəticəsinə təsir etdi.
 
- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Bu oyun haqqında nə deyə bilərsən?
- Bu oyuna ciddi hazırlaşırıq, gündə ikidəfə məşq keçirik. Bu oyunda xal itirə bilmərik, yalnız qələbə qazanmalıyıq.
 
Yusif HÜSEYN

Xəbər xətti