Babək Quliyevdən Ramin Musayevə: "Maştağada ruhi xəstəxana var"

17:30 - 25 Sentyabr 2013

"Kişiliyin çatırsa,..."
 
"Ramin Musayev deyir ki, PFL-in işindən heç kim narazı ola bilməz. Mən də Raminə deyirəm ki, Bakı şəhəri Maştağa qəsəbəsində ruhi xəstələr üçün xəstəxana var, el içində ona dəlixana deyirlər, orada həftədə birdəfə özünü yoxlatdırsa, daha yaxşı olar. Hansı PFL-in prezidenti yığıncaqların birində keçmiş hakimin birinə deyər ki, "ə,mən sənə pul verməmişəm", hakim də cavabında deyər ki, "Ramin müəllim, sizdən almamışam amma başqalarından almışam" və növbəti həftə Ramin həmin keçmiş hakimi Premyer Liqaya hakim-inspektor təyin edir. Sual vermək istəyirəm, ay "möhtəşəm" PFL prezidenti, pul vermisənsə, PFL prezidenti nə gəzirsən? ay keçmiş hakim, pul almısansa Premyer Liqada nə gəzirsən?.  Sən düz deyirsən, heç kim PFL-in işindən narazı ola bilməz, ona görə ki, PFL haqqında deyiləsi söz qalmayıb. Bir də sual vermək istəyirəm, bu geydirmə PFL prezidentinə, "Axırıncı dəfə Lənkəranda çempionat oyununda neçənci ildə olub?"
 
Bu sözləri sabiq FIFA referisi Babək Quliyev Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin, klub rəhbərlərinin PFL prezidentinə pul təklif etmə məsələsinə də toxunub:
 
"Mən deyəndə ki, bu Ramin keçmişdə "quşbaz" olub heç kim mənə inamırdı. AFFA-nın yazdığı nizam-intizam kodeksi var. Orada yazılıb ki, hansısa bir klub AFFA rəsmisinə pul təklif edərsə, o klub rəsmisi futboldan uzaqlaşdırılmalıdır. İndi də mən deyirəm, o klub rəhbərindən nə isə gözləmək lazımdır yoxsa səndən?. Kişiliyin çatırsa, ağızından çıxan sözün arxasında dur və o klub rəhbərini ifşa et. Biz də deyək, Ramin işləyir. Baxın, Rövnəq Abdullayevin kadrı budursa, gör Azərbaycan futbolu nə gündədir?".

Xəbər xətti