"Kanalesin yeri hələ doldurulmayıb" MÜSAHİBƏ

10:30 - 26 Sentyabr 2013

Mirhüseyn Seyidov: "Qarabağ" bizə layiq rəqibdir"
 
"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Sportal.az-a müsahibəsi
 
- Bu həftə "Qarabağ"la oynayırsınız. Komandada əhval-ruhiyyə necədir?
- Son illər "Qarabağ"la oyunlar çətin keçir. "Qarabağ" bizə layiq rəqibdi, yəni, yaxşı komandadır. "Qarabağ"la oyun tam başqa olur. Ona görə bu oyuna ciddi hazırlaşırıq.
 
- "Qarabağ"la oyunda keçən ilki kimi gərginlik olacaq?
- Bəli, bütün futbolsevərlərin diqqəti bu oyunda olacaq. İnanıram ki, bu oyunda stadion azarkeşlərlə dolacaq.  Meydanda da gərgin mübarizə olacaq.
 
- Ötən tur "Sumqayıt"la qarşılaşdınız. Bu oyunda niyə qalib gələ bilmədiniz?
- Bu oyunda epizodlarımız oldu. Bu oyunda alınan bərabərlik məğlubiyyətə bərabərdir. Bu oyunda bəxtimiz gətirmədi. Bu oyunu faciəyə çevirmək olmaz.
 
- Bu mövsüm səni nadir hallarda əsas heyətdə görürük. Bunun əsas səbəbi nədir?
- "Sumqayıt"la oyunda mənə etimad göstərildi. Mən də "Qarabağ"la oyunda əsas heyətdə oynamağa hazıram. Özümü məşqdə göstərmək üçün əlimdən gələni edirəm.
 
- Mütəxəssislər bildirir ki, Böyükağa Hacıyev getdikdən sonra "Neftçi" baxımsız futbol oynayır. Bu fikirlə razısanmı?
- Məncə, oyunda fərq yoxdur. Ola bilsin ki, komanda əvvəlki oyununuoynamır amma komandadakı futbolçular eynidir. Ola bilsin ki, baş məşqçiliyi komandaya təsir etsin amma oyunumuza təsir etməyib.
 
- Son oyunlarda "Neftçi" çoxlu epizodlar yaradır amma istifadı edə bilmirş Sıncə, "Neftçi"də Kanalesin yoxluğu öz sözünü deyir?
-  Demək olar ki, Kanalesin yeri hələ də doldurulmayıb. Bahodir da zədələndi çıxdı. İnanıram növbəti oyunlarda bu problem də düzələcək.
 
Yusif HÜSEYN

Xəbər xətti