Öndər İpək: "Nildonun vurduğu qolda qayda pozuntusu var" TƏHLİL

14:44 - 26 Sentyabr 2013

"Elnur Abdullayevin rəqibinə etdiyi hərəkət foul olsa da hakimin davam qərarı doğrudur"
 
Həftəsonu Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları baş tutdu. Oyunlarda hakimlərin bir sıra mübahisəli qərarları diqqəti çəkdi. 
 
Türkiyəli sabiq FİFA referisi Zəfər Öndər İpək hakim qərarlarını Sportal.az üçün təhlil edib.
 
 1. Hakimin penalti qərarı doğrudur. Çünki “İnter”in futboçusu rəqibinə arxadan zərbə endirir. Düzgün qərardır.
 

2. Burda baş hakim çox yaxşı görür epizodu. Alqışlanası addımdır. Yan xətt hakimi ofsayd bayrağını səhv qaldırıb. Sol cinahdakı futbolçu oyundan kənar vəziyyəti pozur.

 

3. Oyunçunun qolu ilə topa təması var. Amma əllə oyun olaraq dəyənrləndirmək düzgün deyil Hakimin davam qərarı doğrudur. Oyunçunun qolu vücuduna bitişikdir. 

 

4. Referi epizodu düzgün dəyərləndirir. Burda “Bakı”nın futbolçusu hakimi aldatmaq istəyir və simulyasiya edir. Sarı vərəqə də düzgündür.

 

5. Hakimin qərarı doğrudur. Öndəki oyunçu rəqibinin formasından çəkərək foul edir. Hakim cərimə zərbəsini düzgün təyin edir.

 

6. Burda penaltiyə səbəb olan qayda pozuntusunu oyunçu edir. Penalti və sarı vərəqə doğru qərardır. 

 

7. Elnur Abdullayevin rəqibinə etdiyi hərəkət fouldur. Amma hakim avantaja buraxır və bu düzgün qərardır.

 

8. Hakim birinci epizodda davam verir, amma ikinci epizodda oyunu saxlayır. Düzgün qərar verib. 

 

9. Burda outdan atılan top zamanı qayda pozuntusu var. Hakim oyunu dayandırmalı idi.Burda səhv qərardır. Epizodun davamında Nildoya qarşı edilən hərəkət qayda pozuntusudur. Ancaq yüz faizlik qol şansı yoxdur. Nildo qapıya tərəf getmir. Qırmızı vərəq yanlışdır. 

 

10. Burada ofsayd yoxdur. Amma qapıçının önündəki futbolçu ona mane olur. Özüdə qapıçı meydançasının içində. Qol düzgün vurulmayıb. 

11. Nildo həm topu əllə saxlayır, həm də simulyasiya edir. Mütləq sarı vərəqə verilməlidir. 

 

12. Nildo fitdən sonra topa zərbə endirir və sarı vərəqədir.

 

Xəbər xətti