Cənub təmsilçisi "İnter"ə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında VIII tura bir oyunla start verilir.
Sportal.az xəbər verir ki, 3 gün ərzində keçiriləcək turun ilk oyun günündə “Xəzər Lənkəran” “İnter”i qəbul edəcək. Son iki turu qələbə ilə başa vuran Toşakın komandası bu görüşdə də uğurlu çıxışını davam etdirib 3 xalı hədəfləyir. Turnir cədvəlinin aşağı pilləsində qərarlaşan “İnter” də özünəinamı bərpa edən komanadaya qarşı müqavimət göstərməyə çalışacaq.
Qeyd edək ki, sabah isə daha iki oyun olacaq.
Premyer Liqa: 8-ci tur
27 sentyabr
19:00.”Xəzər Lənkəran” – “İnter” 0:1
Qol: Matiya Spiçiç,11
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Lənkəran şəhər stadionu
saytlarin hazirlanmasi