Con Oluremi:"Komandada heç bir problem yoxdur"
AZAL-ı hücumçusu Con Olureminin Sportal.az-a müsahibəsi
- "Xəzər Ləkəran"la oyun haqqında nə deyə bilərsən?
- Bizim üçün çətin oyun olacağını bilirdik. Onlar erkən qol vurdular, daha sonra biz hesabı bərabərləşdirsəkdə, azlıqda qaldıq. Bu da oyunda geri dönüş etməyimizə mane oldu.
- Məğlubiyyətin səbəbi hakimlər idi?
- Mən heç vaxt komanda uduzanda hakimləri günahlandırmıram. Elə bu oyunda məğlub oluruqsa, hakim nə etsin?
- Komanda iki turdur ki, qələbə üzünə həsrətdir. Bu nə ilə əlaqədardır?
- Komandada heç bir problem yoxdur. Sadəcə biz hər oyundan əvvəl qalib gələcəyimizə inanmalıyıq. Oyuna köklənib, komanda şəklində oynayıb qalib gəlməliyik.
- Avqust ayında vurulan ən gözəl qolun müəllifi oldun. Bu mükafatı gözləyirdin?
- Xeyr, mən belə bir mükafatın olduğundan xəbərsiz idim. Ancaq bu mükafata layiq olduğuma görə çox xoşbəxtəm.
- Bu mövsüm AZAL-ın əsas hədəfi nədir?
- Mən komandamın hədəfinin nə olduğunu bilmirəm. Sadəcə onu deyə bilərəm ki, biz hər oyuna qələbə üçün çıxırıq.
- Baş məşqçi Vaqif Sadıqovla münasibətin necədir?
- Heç bir problemim yoxdur. O həm yaxşı insan, həm də baş məşqçidir. O, komandanı hər oyuna yüksək səviyyədə hazırlaşdırır.
- Artıq çempionatımızda ilk dövrə başa çatmaq üzrədir. Səncə, bu mövsüm çempionluğa ən yaxın komanda hansıdır?
- Bu suala cavab vermək üçün hələ tezdir. Çemponatın bir çox komandası çempionluq uğrunda mübarizə aparır, qarşıda oynanılacaq çox oyun var.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi