"Təsəvvürümüzə gətirməzdik ki, belə nəticələrlə qarşılaşacağıq"

21:36 - 27 Sentyabr 2013

Sxadadze:"Turnir cədvəlində son sıralarda qalmışıq"
 
“Mövsümə uğurlu başlamamışdıq, təsəvvürümüzə də gətirməzdik ki, belə nəticələrlə qarşılaşacağıq. Komandanı şokdan ayıltmaq üçün qələbə və bərabərliklər lazımdır. Turnir cədvəlində son sıralarda qalmışıq. Ötən tur “Bakı” ilə heç-heçə etdik, bu gün isə “Xəzər Lənkəran”ı məğlub etdik".
 
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze "XL"-lə oyundan sonra bildirib.
O, həmçinin bu qələbənin onlar üçün çox vacib olduğunu da dilə gətirib:
"Özümüzə gəlmək və mövqeyimizi yaxşılaşdırmaq üçün bu qələbə lazım idi. Maraqlı oyun oldu, “Xəzər Lənkəran”dan səfərdə 3 xal aldığımız üçün şadam” 

Xəbər xətti