Almeyda:"Biz artıq keçmişi unutmuşuq"

10:50 - 28 Sentyabr 2013

 "Neftçi" ilə matçda mütləq qələbə qazanmalıyıq"
 
"Geridə qalan matçı unutmuşuq, bütün diqqətimizi "Neftçi" ilə oyuna vermişik. Bu oyundan mütləq qələbə qazanmalıyıq".
 
Bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Sportal.az-a açıqlamasında bildirib. "Son iki younda səni meydanda az görürük. Səbəbi nədir?" sualına isə belə cavab verib:
 
"Bu sualı baş məşqçidən soruşsanız, daha yaxşı olar. Bu həftə meydanda olub qələbə qazanmaq istəyirəm. Azarkeşlərə deyirəm ki, gəlib bizi sonuna qədər dəstəkləsinlər".

Xəbər xətti