Qurban Qurbanov və Tərlan Əhmədov derbi haqqında nələr dedilər?

23:21 - 28 Sentyabr 2013

Tərlan Əhmədov: "Qarşıda 28 tur var, onları düşünəliyik"
 
 
Premyer Liqanın 8-ci turunun mərkəzi oyunu olan “Neftçi” – “Qarabağ” qarşılaşmasında tərəflərin səylərinə baxmayaraq hesab açılmadı – 0:0.
 
Sportal.az xəbər verir ki, oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.  
 
Qurban Qurbanov: “Maraqlı oyun oldu. Bu cür oyunda yalnız qol çatışmadı. Oyunun sonuna kimi komandalar tempi aşağı salmadı. Komanda verilən tapşırıqları sona kimi yerinə yetirdi. Qol epizodları da yaratdıq, səhvlərimiz də oldu. Daha da yaxşı oynamağa çalışacağıq”.
 
Tərlan Əhmədov: “Komandalar əzmkar oyun göstərdi, meydanda əsl mübarizə var idi. Komandalarımız arasındakı oyunlar milli çempionatlar tarixində həmişə gərgin keçir. Hər iki komandanın qol imkanları oldu. Bir xal da bir nəticədir. Qarşıda 28 tur var, bugünkü oyunu unudub, qarşıdakı turları düşünməliyik”.

Xəbər xətti