Platye: "Bu sualı baş məşqçidən soruşun"

00:45 - 29 Sentyabr 2013

"Neftçi" bu gün iki xal itirdi"
 
"Komanda olaraq yaxşı oynadıq sonuna qədər mübarizə apardıq. Amma qələbə qazana bilmədik, iki xal itirdik. ARtıq yaxşı nəticə əldə etmək istəyiriksə, önümüzdəki maçlara ciddi hazırlaşıb xal itkilərinə yol verməli deyilik."
 
Bu sözləri "Qarabağ" matçından sonra "Neftçi"nin hücumçusu Melvin Platye Sportal.az-a açıqlamasında bildirib. O, "səni əsas heyətdə niyə görə bilmirik?" suaına belə cavab verdi:
 
"Bu sualı baş məşqçidən soruşun. Mən həmişə əsas heyətdə oynayıb komandama kömək etmək istəyirəm".

Xəbər xətti