"Çempionatda xal itirməyimiz normaldır" MÜSAHİBƏ

11:00 - 29 Sentyabr 2013

Rauf Əliyev:"Gec də olsa, qolu vura bildik"
 
"Bakı" və millimizin hücumçusu Rauf Əliyevin Sportal.az-a müsahibəsi:
 
- İki oyundan sonra qələbə qazandınız  "Sumqayıt"la oyun haqqında nə deyə bilərsən?
- Oyun gərgin keçdi. Rəqib əsasən müdafiədənh ücuma keçirdi bu da bizə problemlər yaradırdı. Rəqib keçən  turda belə qapalı oyun göstrmişdi. Belə komandalara qarşı erkən qol vurmalıyıq. Bu gün gec də olsa, qolu vura bildik və bizim üçün çox önəmli üç xalı qazandıq.
 
- Oyunda bir az aqressiv idin. Bu aqressivliyin səbəbi nə idi?
- Oyunda həmişə aqressiv oluram, bu  da qələbə istəyindən irəli gəlir. Həmdə bu gün rəqib topu özünə saxlaaraq vaxt aparmağa çalışırdı. Belə oyunlarda futbolçu özündə olmur.
 
- Bu gün qol  vurmağı çox istəyirdin, amma vura bilmədin....
-Bu gün qol vursam da, mənim üçün xüsusi bir önəmi yox idi, sadəcə qol vurub komandama kömək etmək istəyirdim. Bu dəfə alnmadı inşallah növbəti oyunlarda vura bilərəm.
 
- Geridə qalan iki turda "Bakı" xal itirdi. Bu xal itkiləri sizə ciddi problem yaratmayacaqki?
- İnanmıram cidi problem yaratsın. Çempionatda xal itirməyimiz normaldır, çünki təkcə biz itirmirikki, hər komandada yüksəlmə də olacaq, enmədə. Bu gün vacib üç xal qazandıq. Biz də  çalışacağıq ki, xal itkilərinə yer verməyək .
 
- Növbəti tur "Qarabağ"la qarşılaşacaqsınız...
- Bəli, gələn həftə bizi ciddi sınaq gözləyir. Biz bu oyuna yalnız qələbə üçün çıxacağıq. Artıq "Bakı"nın heyətində "Qarabağ"a qarşı iki dəfə oynamışam. "Qarabağ" da digər rəqiblərimizdən biridir.
 
Yusif HÜSEYN

Xəbər xətti