Ansi Aqolli:"Biz bilirik ki,..."
"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin Sportal.az-a müsahibsi:
- "Neftçi" ilə oyun necə keçdi?
- Gərgin oyun keçdi, hər iki komanda əzmkar mübarizə göstərdi. İkinci hissə daha yaxşı oyun nümayiş etdirdik.
- "Qarabağ" ardıcıl üç həftədir ki, qələbə qazana bilmir. Bunun səbəbi nədir?
- Komandada bir az psoxoloji gərginliklər var. Bu da hər komandada başverən bir şeydir Qısa müddətdə bu da həll olunacaq.
- Ümumiyyətlə, sizin oyunlarda görürük ki, "Qarabağ" çoxlu qol epizodu yaratsa da, bundan istifadə edə bimir. bunun səbəbi nədir?
- Bu qol epizodlarından istifadə edə bilməməyimiz bəxtsizlik və bəzən də qol vurmağa tələsməyimizdən irəli gəlir.
- "Neftçi"dən qazanılan bir xalı uğur saymaq olar?
- Biz meydana qələbə qazanıb azarkeşlərimizi sevindirmək üçün çıxmışdıq, amma alınmadı. "Avropa derbisi"də 1 xal da pis nəticə deyil.
- Növbəti tur "Bakı" ilə qarşılaşacaqsınız...
- Bəli, daha bir çətin oyun bzləri gözləyir. Biz bilirik ki, "Bakı" artıq çempionatda öz oyununu tapır Buna baxmayaraq, qələbə qazanmağımızın vaxtıdır Bu oyunda mütləq üç xal əldə etməliyik
Ayaz İbrahimov
saytlarin hazirlanmasi