"Komanda yoldaşlarıma təşəkkür edirəm"
"Çətin bor oyun oldu, komanda yoldaşlarıma təşəkkür edirəm, sonuna qədər mübarizə apardılar azlıqda olsalar da. Mən orada dedim ki, "Allahhaqqı top ondan çıxdı", hakim isə elə başa düşdü ki, mən orada ana söyüşü işlətmişəm. Canın sağ olsun"
Bu sözləri bu gün "Qəbələ" matçında qırmızı vərəqə almış "Simurq"un kapitanı İlkin Qırtımov Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin bu oyunda digər oyunlarda söyüş söysə də bu oyun söymədiyini bildirib:
"Digər oyunlarda söyüş söymüşəm, amma bu gün söymədim. İnanmıram ki, hakim bu vərəqəni qərəzə görə versin, sadəcə yan xətt hakimi səhv başa düşüb".
saytlarin hazirlanmasi