"Anar Salmanov kimi hakimlər futbola yaramır"
Dünən I Divizionda "Ağsu" doğma şəhərdə "Şahdağ"ı qəbul edib.
Sportal.az xəbər verir ki oyun 88-ci dəqiqədə ev sahiblərinin dəqiq yerinə yetirdiyi penalti ilə 1:0 hesabı ilə başa çatır. Oyundan sonra qonaqların baş məşqçisi Kamran Əlibabayev oyunun idarəçiliyi ilə bağlı fikirlərini saytımıza bildirib:
"Oyunda hakimlik 0 səviyyəsində idi. Biz başa düşürük, Anar Salmanovun ev sahibi komandasına simpatyası var, amma bu simpatya da qoy olsun 10-20 faiz, taa 70-80 faiz yox. Son dəqiqələrdə olmayan penaltini verib ev sahiblərinə qələbə qazandırır. O, penalti epizodunda xeyli uzaq məsafədə idi. Ora yaxın yan hakim var idi. Niyə onunla məsləhətləşib vermədi penaltini?. Məsələn, "Şuşa" ilə oyunda da penalti verildi qapımıza, onda niyə heç nə demədim. Çünki həmin epizodda qayda pozuntusu varidi. Oyunda hər epizodda fit çalır. Nə qədər fit çalacaq bu? Elə çox fit çalmağı bilirsə, getsin basketbol oyunu idarə etsin. Orada fit çalmağa çox ehtiyac olur. Onun kimi hakimlər futbola yaramır, onların yeri basketboldur. Biz bu oyunla bağlı öz şikayətimizi AFFA-ya bildirəcəyik"
Biz oyunda baş verənlərlə bağlı "Ağsu"nun baş məşqçisi Rüfət Quliyevin də fikirlərini öyrəndik:
"Kamran Əlibabayev nə vaxt hakimlərdən razı qalacaq ki?. Şəxsən bu gün oyun ox gözəl idarə olundu, lazımı anlarda hakim oyunu saxladı, pz xəbərdarlığını bildirdi. Qaldıki, penalti epizoduna, hakim tam doğru bir qərar verdi Burada hakimi alqəşlamaq lazımdır ki, qorxmadan o qərarı verdi Əgər oyun 0:0 hesabı ilə nəticələnsə də, mən hakimdən şikayətlənməyəsi idim. Anar Salmanovu təbrik edirəm, bu gün işinin öhdəsindən layiqincə gəldi"
saytlarin hazirlanmasi