Daniel Subotiç:"Simurq" kimi komandalara qarşı futbol oynamaq çətindir"
"Qəbələ"nn hücumçusu Daniel Subotiçin Sportal.az-a müsahibəsi
- İlk olaraq, "Simurq"la oyun haqqında nə deyə bbilərsən?
- Bizim üçün ağır oyun oldu, rəqib çox yaxşı müdafi olunurdu. "Simurq" kimi komandalara qarşı oynamaq çox çətin olur, çünki onlar rxada dayanırlar çox futbolçu ilə. Buna baxmayaraq, bizim 4-5 dənə yaxşı şansımız oldu təəssüflərki, istifadə edə bilmədik.
- "Qəbələ" bu həftə qalib gəlib xal fərqini artıra bilərdi...
- Bəli, xal fərqini artırmaq üçün əla şans idi. Əsas rəqiblərimiz "Neftçi" və "Qarabağ" da xal itirmişdilər. Ancaq bu futboldur, neyləmək olar?
- İkinci hissə əvəzləndin. Zədən var idi?
- Yox heç bir zədəm yox idi Bu gün də nisbətən daha yaxşı oynadım Sadəcə baş məşqçi belə məsləhət gördü, mən də onun qərarına hörmət edirəm.
- 1 saata yaxın bir nəfər çox mübarizə aparırdınz. Qalib gəlməyə nə mane oldu?
- Qol epizodlarımız oldu ancaq istifadə edə bilmədik. Məncə, əsas səbəb bəxtsizlik idi.
- Komandada son iki-üç oyundur ki, mübarizə aparırsan. Bu çempionata uyğunlaşa bilmisən?
- Bəli heç bir problem yoxdur, burada mən sevdiyim futbola sürətli futbola yer verilir. Bu da mənim xeyrimə oldu.
- Növbəti tur "Neftçi" ilə qarşılaşacaqsınız. Bu oyunla bağlı nə deyə bilərsən?
- Biz azarkeşlərimizin qarşısında oynayacağıq və meydana sırf üç xal üçün çıxacağıq. Başqa nəticə bizi qane etməyəcək. Həm də xal fərqini artırmaq üçün digər bir şansdır bu Biz bunu boşa verməməliyik.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi