VIII tur da belə yadda qaldı

16:39 - 30 Sentyabr 2013

Bu turda yeni antirekord qeydə alınıb
 
 Premyer Liqanın 8-ci turu mövsümün antirekordu ilə əlamətdar olub.
 
Sportal.az xəbər verir ki, turun 5 oyununda cəmi 2 qol vurulub.
 
Bu qollar “Xəzər Lənkəran” – “İnter” və “Bakı” – “Sumqayıt” matçlarına təsadüf edib. Müvafiq olaraq qonaqlar və meydan sahibləri 1 qolla 3 xal qazanıblar. Digər 3 görüşdə isə qol vurulmayıb. Bu nəticə mövsümün ən aşağı məhsuldarlığıdır. Bunadək ən az məhsuldarlıq olan turda 10 qol vurulmuşdu.
 
Mövsümün daha 1 antirekordu isə qol vurulmayan oyunların sayında qeydə alınıb. “Neftçi” – “Qarabağ”, “Simurq” – “Qəbələ” və “Rəvan” – AZAL görüşləri qolsuz bitib. Əvvəlki 7 turda cəmi 4 oyun qolsuz başa çatmışdı. 2-ci və 4-cü turların hərəsində 1, ötən tur isə daha çox – 2 qarşılaşma 0:0 hesabı ilə nəticələnmişdi. Bu dəfə isə yeni antirekord qeydə alındı.
 

Xəbər xətti