Hakimdən yolverilməz səhv
Bu gün "Azercell U-17 Liqa"nın 2013/2014-cü il mövsümünə start verilib.
Sportal.az xəbər verir ki, birinci tur çərçivəsində "İnter" "Qəbələ"ni qəbul edib. Oyunun qırılma nöqtəsi isə oyunu idarə edən hakim Elməddin İsgəndərovun verdiyi penalti epizodudur. Hələ bu azmış kimi "İnter"in iki futbolçusunu meydandan qovub. Bundan sonra isə "İnter" rəhbərliyi hakimə hücum çəkib. Haqsızlığa dözməyən azarkeşlərdən biri "Sən nə qeyrətsiz adamsan?" və bu tipli təhqiramiz ifadələr də işlədib.
Qeyd edək ki, matç "Qəbələ"nin 4:2 hesablı üstünlüyü ilə başa çatıb.
saytlarin hazirlanmasi