BİABIRÇILIQ: Xəqani Məmmədov gənc hakimi meydanda qoyub qaçdı

20:10 - 30 Sentyabr 2013

Bu da Hakimlər Komitəsinin sədri
 
Bu gün "Azercell U-17 Liqa"nın 2013/2014-cü il mövsümünə start verilib. 
 
Sportal.az xəbər verir ki, birinci tur çərçivəsində "İnter" "Qəbələ"ni qəbul edib. Oyunun qırılma nöqtəsi isə oyunu idarə edən hakim Elməddin İsgəndərovun verdiyi penalti epizodudur. Hələ bu azmış kimi "İnter"in iki futbolçusunu meydandan qovub.  Bundan sonra isə "İnter" rəhbərliyi hakimə hücum çəkib. Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov oyunu izləyənlər arasında olub. Lakin qalmaqal baş verən zaman Xəqani Məmmədov gənc hakimi pis vəziyyətdə qoyub aradan elə çıxıb ki, heç kimin xəbəri olmayıb.

Xəbər xətti