"Həmişə biri qalib gələcək deyə bir şey yoxdur"
"Qarabağ"ın hücumçusu Reynaldo Dos Santosun Sportal.az-a müsahibəsi:
- "Neftçi" ilə oyunu necə dəyərləndirirsən?
- Hər iki tərəf üçün çətin oyun oldu, bizim fərqlənmək üçün daha çox şansımız oldu, amma təəssüflər olsun ki, istifadə edə bilmədik.
- Bu qol epizodlarından niyə istifadə edə bilmirsiniz?
- Çünki epizodu tamamlayarkən qol vurmağa tələsirik. Bir az sakit olmalıyıq son anlarda.
- "Qarabağ" 4 oyundur qələbə üzü görmür..
- İnanıram ki, biz ən qısa vaxtda bu uğursuz gedişə son verəcəyik. Çünki biz çox yaxşı oynayırıq, bu futboldur və həmişə biri qalib gələcək deyə bir şey yoxdur.
- "Qarabağ"da psixoloji yorğunluq yoxdur ki?
- Belə deyə bilərəm, komanda maksimum sayda qol epizodu yaradır ancaq qol vura bilmir. Bu da komandaya təsir edir. Burada başqa nədənsə söhbət gedə bilməz.
- "Neftçi" ilə oyundan sonra zədələndin. İndi zədən necədir?
- Gündən-günə yaxşılaşır. Bu gün komanda ilə məşq edə bilmədim amma fərdi qaydada etdim.
- Bu tur öz oyununu tapmış "Bakı" ilə qarşılaşacaqsınız..
- Çətin oyun olacağı inidən bəllidir. Ancaq biz indidən sonra xal itirməməiyik. Ona görə yalnız qələbə haqqında fikirləşirik.
- Azarkeşlərə nə demək istəyirsən?
- Mən onlara əminliklə deyə bilərəm ki, bi onlar üçün əlimizdən gələni edəcəyik və onlara bir çempionluq hədiyyə etmək üçün döyüşəcəyik.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi