Su başdan bulanıb
Bəli. Bu cümləni bəzən gündəlik həyatımızda çox eşidirik və ya istifadə edirik. Ancaq sözümün "mustafası" "prava"da deyil. Kimisə, təhqir etmək də fikrim yoxdur. Onsuz da təhqirlə düzələcək olsa, çoxdan düzəlmişdi olardı.
Başlayaq elə Premyer Liqamızdan. İlk turlardan başlayan hakim səhvləri artıq pik nöqtəyə çatıb. Artıq deməyə sözlər belə tükənib. Yaxşı, anladıq, çempionatımızın oyunları gərgin keçir. Xaqani Məmmədovun kadrları bununla ayaqlaşa bilmirlər. Artıq reallıqla barışmışam. Bizdə hakimlik olmayacaq. Səbəbsə, hər şey göz önündədir. Su başdan bulanıb. Təxminən bir neçə il bundan əvvəl Xaqani Məmmədov açıqlamalarının birində söyləmişdir ki, biz Azərbaycan futboluna hakim yetişdirik. Çox gözəl açıqlama idi. O zaman yadıma bir məsəl düşmüşdü. Bu, bizim məhşur "avazın əla gəlir oxuduğun Quran olsa" məsəli idi. Ancaq o zamandan bu yana çox sözlər eşitdik. Lakin hanı eşitdiklərimiz? Xəqani Məmmədov deyirdi ki, 2014-cü ildə Brazilyada keçirliləcək dünya çempionatına bizdən bir hakim yollanacaq. Çox gözəl. Əla. Danışır da özü üçün. Adama deyərlər dolamısan bizi? Kimi göndərəcəkdin? Elçin Məmmədovu, yoxsa Anar Salamanovu? Düz deyir, kişi göndərdi da. Birin dincəlməyə göndərdi. Birinə də dedi ki, get indi də diviziondakı klubların belini qır. Yerdə qalan hakimlərimiz də maşallah yıxıb "sürüyürlər" çepionatımızı. Vəziyyət o həddə çatıb ki, qadın hakim gətiriblər. Düzdü mən cinsi ayrı seçkilik salmıram. Ancaq çox maraqlıdı ki, həmin qadın hakimin idarə etdiyi oyunda sanki onun qulağına kimsə deyirdiki oyunu saxla yada saxlama. O deyən də kim idisə, gözü yaman iti görürdü epizodları təxminən 4-5 metr sora saxladırdı.
Söhbət tək əsas hakimlərimizdən getmir. Məsələn "Neftçi"-"Qarabağ" oyununda yan xətt hakimi iki eyni epizodda oyundan kənar vəziyyət qeydə alır ki, bu epizodların hər birində "Qarabağ"ın futbolçusu qapıçı ilə üzbəüz qalırdı. Sadalanası o qədər oyun var. Sadəcə bunlara nə deyəsən? Baxmayaq futbola? Niyə bizi öz iyrənc əməllərinizlə futboldan iyrəndirisiniz? Bugünki olan olaylar nə idi bəs? Bildik bəzi hakimlər Premyer Liqanın oyunlarını qərəzli idarə edirlər. Yaxşı, 17 yaşlıların oyununda bu niyə baş versin? Niyə bu uşaqların beynini indidən qarışdırırsınız? Sonra futbolumuzun inkişafından danışırsınız. Budumu sizin inkişafınız? Budumu sənin yetişdirdiyin hakim? Belə seminar keçmisən kadrlarına? Bu gün həmin oyunda əsəbdən özlərini cilovlaya bilməyən insanlar vardi orada. Ya həmin insanin başına bir hadisə gəlsə, sən cavab verəcəkdin onun ailəsina? Yox Xəqani Məmmədov. Necə bu gün öz yetişdirdiyin hakimi qoyub qaçdınsa, onda da oturub evində gizlənəcəksən. Bu gün o hakimi təhqir etmək lazım deyildi. Onu ora göndərəni, ona nəcə deyərlər "prava" verəni təhqir etmək lazım idi.
P.S: Yaxşı ki, Sportal.az-ın çəkiliş qrupu həmin oyunda olub. Yoxsa bu hadisələrdən də xəbərimiz olmayacaqdı. Çəklişə görə Ayaz İbrahimova təşşəkürümü bildirirəm.
Zamin YUSİF
saytlarin hazirlanmasi