"Ora əvvəl çağrılanlarında iki ayağı var,mənim də" MÜSAHİBƏ

15:31 - 2 Oktyabr 2013

Ruslan Əmircanov:"Xəzər Lənkəran"ı səfərdə məğlub etmək hər komandanın işi deyil"
 
 
Millimizin yığmasına dəvət alan Ruslan Əmircanovun Sportal.az-a müsahibəsi
 
- Milli komandaya dəvət aldın təbrik edirəm. Bu dəvəti gözləyirdinmi?
-  Niyə də gözləməyim. Ora əvvəl çağrılanlarında iki ayağı var,mənim də. Mən bu gün milli komandaya çağrıldığım üçün çox sevinirəm, şərəf hissi keçirirəm. Bu üçrəngli bayrağı ölkədənkənar layiqncə təmsil etməliyik və bu işdə məsuliyyəti olmalıyıq.
 
- Qarşıda Ş.İrlandiya və Rusiya yığmaları ilə çətin oyun gözləyir. Bu oyunlar barədə nə deyə bilərsən?
- Bu futboldur, futbolda da komandalar yerində durmur, irəliləyir. İndki  futbolda zəif rəqib olmur. Burada qabaqcadan proqnoz vermək olmaz. Əgər hər bir futbolçu çıxıb meydanda mübarizə aparsa, istənilən nəticəni əldə edə bilərik. İnanıram ki, bu iki oyundan xal ala biləcəyik.
 
- Əsas heyətdə yer alacağına inanırsan?
- Bu,baş məşqçinin tapşırığıdır. Məşqçi haının hazırki vəziyyətinə baxıb heyəti quracaq. Əsas heyətdə yer almaq mənim özümdən asılıdır, əgər məşqlərdə özümü yaxşı göstərsəm, yəqinki, əsas heyətdə yer alaram. Mən ehtiyatda olsam da, komandaya kömək etmək üçün həmişə hazır olacam. 
 
- Komanda yoldaşın Asif Məmmədovun milliyə çağrılmaması səni təəssüfləndirdi?
- Bu suala mən cavab verə bilmərəm. Çünki milliyə çağrılan futbolçuları məşqçilər təyin edir. Kimləri məsləhət bilirlərsə, onalrı da çağırırlar. Amma Asif neçə ildir futbol oynayır,  özü də heç də zəif futbolçu deyil. O, Azərbaycan futbolunda öz sözünü demiş bir futbolçudur. Mənim bu haqda danışmağım düzgün çıxmır. 
 
- Bir az da "İnter" haqda danışaq. "Xəzər Lənkəran"ı səfərdə məğlub etdiniz. Səncə, komanda "qara zolaq"dan çıxıb?
- Neçə oyunlar idi ki, yaxşı oynayırdıq amma məğlub olurduq. Amma sonuncu iki oyundur ki, xal qazana bilirik. "Bakı" ilə oyunda son dəqiqələrdə  qol vurub xal qazandıq. "Bakı" ilə oyundan qazanılan bir xal "Xəzər Lənkəran" qalibiyyətinin səbəbi oldu. Lənkəran səfəri çox çətin ldu, rəqib güclü idi. "XL"i səfərdə məğlub etmək hər komandanın işi deyil. Düzdür, həmin oyunda idman bəxti də biz tərəfdəyidi, meydan sahibləri qapımıza yol tapa bilmirdilər. Həmin oyun baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirdik.
 
- Bu tur outsayder sayılan "Sumqayıt"la qarşılaşacaqsınız. Bu oyun haqqında nə deyə bilərsən?
- "Sumqayıt"ı outsayder komanda kimi deyirlər amma elə deyil. Geridə qalan iki turda "Neftçi" ilə bərabər oynadı, "Bakı" da bir qolu  güclə vurdu, onların futbolçuları cavan futbolçulardır, oyundan qabaq meydana çıxıb öz oyunlarını oynayırlar, bir az təcrübələri çatmır. Desəm ki, bizim üçün asan oyun olacaq yalan olar.  Çətin səfər oyunu bizi gözləyir.
 
Yusif HÜSEYN

Xəbər xətti