Statistika "Rəvan"ı favorit göstərir

18:43 - 2 Oktyabr 2013

"Xəzər Lənkəran" cəmi bir dəfə qalib gəlib
 
"Rəvan” Topaz Premyer Liqasının 9-cu turunda "Xəzər Lənkəran” ilə üz-üzə gələcək.
 
Sportal.az xəbər verir ki, "Bayıl Arena”da keçiriləcək ilk dövrədəki son oyun ərəfəsində statisitika görəsən, nə deyir? İndi oyunu rəqəmlərin gözü ilə təsvir edəcəyik.
 
Oktyabrın 4-də baş tutacaq oyuna qədər komandalar Premyer Liqada 6 dəfə üz-üzə gəlib. İlk 3 qarşılaşmada tərəflər hərəyə 1 qol vuraraq 1 xal qazanıb. Amma çempionatdakı son 3 dueldə "sülh” olmayıb. Belə ki, əvvəlcə "Xəzər Lənkəran”, ardından isə 2 dəfə "Rəvan” qələbəyə sevinib. Maraqlıdır ki, komandalar indiyədək hərəyə yalnız 1 dəfə rəqib qapısına yol tapa bilməyib.
 
Sonda komandalar arasında ölkə çempionatında baş tutan oyunları da diqqətinizə çatdırırıq:
 
27.08.2011      Rəvan - Xəzər Lənkəran        1:1
19.11.2011      Xəzər Lənkəran - Rəvan         1:1
05.08.2012      Rəvan - Xəzər Lənkəran         1:1
04.11.2012      Xəzər Lənkəran - Rəvan         4:0
12.03.2013      Rəvan - Xəzər Lənkəran         1:0
20.05.2013      Xəzər Lənkəran - Rəvan         1:2

Xəbər xətti