Elçin Cəlilovdan Babək Quliyevə sərt ittiham: "Sənin də maskan cırıldı"

22:39 - 2 Oktyabr 2013

Mətbuat konfransı keçirtməyin fuflyoşka gəlir mənə

 

Beynəlxalq dərəcəli hakim Babək Quliyev bu gün mətbuat konfransı keçirib. Lakin media nümayəndələrinin böyük hissəsi tədbirdə iştirak etməyib.

 

Babək Quliyev jurnalistlərin əksəriyyətinin sifarişlə işlədiyini deyib. Tanınmış jurnalist Elçin Cəlilovun bu açıqlamaya reaksiyası gecikməyib. O, facebook səhifəsində bunları yazıb:

 

"Babək Quliyev bugünkü mətbuat konfransına jurnalistlərin maraq göstərməməsinə görə deyib ki, bu, Rövnəq Abdullayevin idman mediasına təzyiqinin nəticəsidi - qorxudub və s. Babək Quliyevin ən çətin vaxtlarında 2-3 tribuna verənlərdən biri də futbolpress.az olub. Niyə mətbuat konfransına bizdən heç kim getməmişdi? Babək, çünki sən artıq bezdirmisən, boş-boş danışırsan, get, işinlə məşğul ol. Sənin apardığın artıq müharibə, mübarizə yox, boş pafosa dönüb.. Sənə görə şəxsən mən jurnalist kimi çox məhrumiyyətə getmişəm, ancaq sən XL-a idman direktoru çağırılanda ilk görüşdəcə, "Gəl reklamı bərpa eləyək, Tuyqunun da, Mais məllimin də sənə salamı var və s." dedin. Belə müxalif, belə alternativ qüvvə olmur, səndən bir alternativ fikir daşıyıcısı çıxmaz daha. Buna görə də sənin mətbuat konfransı keçirtməyin fuflyoşka gəlir mənə. Sən ən sərt, radikal müxalif idin idman aləmində, sənin də maskan mənimçün o aşağı hərəkətinlə cırıldı.. Cəmi 2 aya torbası tikilən adam mənimçün müxalif olmaz, vəzifəyə gedən kimi 3-4 illik mövqe, əqidə yoldaşına pul müqabilində susmaq təklifi edən adamın mənimçün Kazbek Tuayevdən-filandan qram fərqi yoxdu. Sən problemi həll eləyə bilirdinsə, ona girişərdin, mənim yazmamağım, susmağım heç nəyi həll etməyəcəkdi o klubda onsuz... Sən siyasi, mənəvi və s. tərəfdən lazımsız, ziyanlı bir fiqur olduğunu ortaya qoyun onda. Səni Hakimlər Komitəsinin sədri vəzifəsində görürdük! Heç bir klubun idman direktoru kimi yarıtmadın, tez fəndə salıb, yıxdılar.

 

Mətbuat konfransını da keçirtmisən, yaxşı eləmisən, fikirlərini bölüş ictimaiyyətlə, ancaq medianın Rövnəq Abdullayevdən qorxduğunu ümumiliyə aid eləmək səhvdi. "FutbolPress" qorxmur.. Danışanda bir istisnanı həmişə vurğula, buna ən azı borclusan. Danışanda qatıb-qatışdırma bir-birinə..."

Xəbər xətti