"Hakim qırmızı vərəqə verməsəydi,..." MÜSAHİBƏ

13:15 - 3 Oktyabr 2013

Nenad Kiso:"Növbəti oyunda iki əsas futbolçumuz oynamayacaq"
 
 
"Simurq"un yarımmüdafiəçisi Nenad Kisonun Sportal.az-a müsahibəsi:
 
- "Qəbələ" ilə matçdan bir xal aldınız..
- Bu oyunda hakim qırmızı vərəqə verməsəydi, biz qalib gələsiydik, çünki komnadada hamə qələbə üçün canını qoymuşdu. Amma 65 dəqiqə azlıqda oynayan komanda üçün bir xal da pis nəticə deyil.
 
- Növbəti  həftə AZAL-la qarşılaşırsınız və komandada İlkin Qırtımov və Dreqan Çeran kimi aparıçı oyunçular yoxdur. Bu sizə problem yaratmayacaqki?
- Bizim üçün çox çətin olacaq, iki  aparcı  futbolçumuz olmayacaq. Amma düşünürəm ki, məşqçi o tapşırıqları kimə tapşırsa, layoqncə yerinə yetirəcəklər.
 
- "Qəbələ" ilə oyunda 90 dəqiqə oynadın. Öz oyunundan razı qaldın?
- Mən bu haqda danışmq istəmirəm, bu suala baş məşqçi və ya azarkeşlər cavab versinlər.
 
- Komanda bu mövsüm tərkibcə dəyişdi. Bu sizin oyununuza mənfi təsir göstərmədi?
- Yox, komandada hamı bir-birini daha yaxşı başa düşür və günü-gündən də daha yaxşı futbol oynayırıq.
 
- Komandanızın oyunlarına niyə  az sayda azarkeş gəlir?
- Oyunlarımızı Zaqatalada oyamırıq, Zaqatalaya qayıdandan sonra nə qədər azarkeş gələcəyini görəcəksiniz. Bizi tək qoymayıb burada da bizi dəstəkləyənlərə öz təşəkkürümü bildirirəm.
 
Yusif HÜSEYN

Xəbər xətti