"Rəvan"- "Xəzər Lənkəran" oyunu qalmaqalla yadda qaldı
Bu gün əvəzedicilərin çempionatında "Rəvan" "Xəzər Lənkəran"ı qəbul edib.
Həmin görüşdə hakim verdiyi penalti qərarını ləğv etdikdən sonra ara qarışıb. Bu barədə qonaqların hücumçusu Fikrət Ulduzlu Sportal.az-a açıqlamasında bildirib:
"Nail Nağıyev yeni hakim idi. İlk dəfə idi ki, əvəzedicilərin çempionatında oyun idarə edirdi. Hakim verdiyi penaltini ləğv etdi, biz də öz etirazımızı bildirdik. Gördük ki, oyundakı polislər bizim üzərimizə hücuma gəlirlər, meydanda ara qarışdı. Başa düşə bilmirəm ki, polis futbolçuya niyə hücum çəkməlidir?."
saytlarin hazirlanmasi