Elvin Yaqubov: "Xəzər Lənkəran"ın nümayəndəsi söyüş söydü"
Bu gün əvəzedicilərin çempionatında "Rəvan"-"Xəzər Lənkəran" matçında hakim penalti verib sonra qərarını dəyişdi, oyundan sonra polislərlə futbolçular arasında münaqişə yarandı.
"Rəvan" klubunun mətbuat xidmətinin rəhbəri olanlar haqqında Sportal.az-a danışdı:
"Əvvəl başlayım penalti epizodundan. Bu epizod ikinci hissənin təxminən20-25-ci dəqiqələri arasında baş verdi. Belə ki, qonaqların futbolçusu yan xəttdən cərimə meydançasına daxil oldu, bu zaman bizim qapıçı vaxtında çıxaraq topa toxunuş etdi və rəqib futbolçu ayaqüstə müqavimətini itirərək yerə yıxıldı. Qapıçı əsas hakimin qarşısını bağladığına görə, hakim bu epizodda elə bildi ki, qapıçının futbolçuya toxunuşu olub. Ona görə də penalti təyin etdi., bizim futbolçular öz etirazını yan xətt hakiminə bildirdilər, məşqçi də olanları dördüncü hakimə bildirdi. Baş hakim daha sonra yan xətt hakimi ilə məsləhətləşdivə penalti qərarını ləğv etdi. HK-nin sədri Xəqani Məmmədov yanımda oturmuşdu, o da bildirdi ki, hakim penalti versəydi, səhv addım atmış olardı.
Qaldı ki, baş verən münaqişəyə. "XL"in futbolçuları meydandan çıxanda söyüş söyürdülər, bu zaman polis onları sakit olmağa çağırırdı. Daha sonra onlar hərəkətlərinə davam edincə, polislə münaqişə baş verdi, polisin hansısa futbolçunu vurduğunu görmədim.".
saytlarin hazirlanmasi