Elçin Məmmədov:"Bu məsələ niyə "İnter"lə oyundan sonra ortalığa çıxdı?"
Bu gün Nizam-intizam Komitəsi "Qəbələ"nin futbolusunun sənətlərində saxtakarlıq aşkar etdiyinə görə "İnter"-"Qəbələ" maçı 3:0 hesabı ilə ev sahiblərinin qələbəsinə qərar verilib.
Bu məsələ haqqında sabiq ədalət təmsilçisi Elçin Məmmədov öz fikirlərini Sportal.az-a açıqlayıb.
"Bu qərar sadəcə "İnter"ə üç xal vermək üçün verilən bir qərar idi. Əgər elə deyilsə,niyə bu məsələ "İnter"lə matçdan sonra üzə çıxdı?. Bu uşaq iki ildir futbol oynayır,, onda onun oynadığı 30-40 matçda da texniki məğlubiyyət verilsin. İki il bundan qabaq "Qəbələ"yə gəlib və iki il bu təvəlüddə oynayırsa, uşağın oynamağına icazə verən AFFA-dır, "Qəbələ" deyil. Bu uşağın sənədinə möhür vuran və qol çəkən AFFA-dır. Burada ya özləri saxtalaşdırırlar, yada düzgün yoxlamırlar. Və nəticədə "Qəbələ"nin cəzalandırılması absurddur. AFFA-nın uşaq-gənclər departamentində nazirliklərdən çox işçi işləyir və onların hansısa uşaqın sənədini qəbul edərkən lazımı nazirliklərdən sənədlər qəbul edilir. Bilirsiniz niyə belədir?. Çünki orada işləyən işçilərin hamısı baş katib Elxan Məmmədovun futboldan anlamayan dost tanışlarıdır. O, da görür ki, uşaq investisiya yatıran klub bir dənə "Qəbələ"dir, o da belə qərarlar çıxarmaqla onun qarşısını alır. AFFA-nın prezidenti cənab Rövnəq Abdullayev futbolumuzu inkişaf etdirmək istəyir, ancaq baş katib bunu istəmir. Baş katib futboldan anlayan-anlamayan dost tanışlarını AFFA-da işlə təmin edir. Bu dedikləri saxtakarlıq da "Qəbələ"ni qəsdən uduzdurmaq üçün atılan bir addımdır. O şöbədə o qədər işçi işləyir bəs onlar niyə əvvəlcə bu işin üstünə düşməyiblər."
saytlarin hazirlanmasi