"Bakı"nın futbolçusu: "Qarabağ" daha yaxşı oynadı" MÜSAHİBƏ

23:55 - 4 Oktyabr 2013

Pelagios:"Biz də belə hesab gözləmirdik"
 
 
"Bakı"nın müdafiəçisi Georgios Pelagiosun Sportal.az-a müsahibəsi:
 
- "Qarabağ"la oyun haqda nə deyə bilərsən?
- Göründüyü kimi çətin oyun oldu, biz bura qələbə üçün gəlmişdik. İlk hissə biz yaxşı oynaya bilmədik,  "Qarabağ" daha yaxşı oynadı, əlinə düşən fürsətləri layiqincə dəyərləndirdi, ikinci hissə daha yaxşı oyun göstərsək də, fərqlənə bilmədik. Bu hesaba görə çox üzülürəm.
 
- Bu darmadağının əsas səbəbi nə idi?
- Biz də belə hesab gözləmirdik. Komandada yeni oyunçular çoxdur, ona görə komanda bir-birinə tam uyğunlaşmayıb. Qarşıda iki həftə vaxtımız var bu problemlər də öz həllini tapacaq.
 
- Oyunda zədələndin və əvəz olundun. Zədən indi necədir?
- Hələlik heç nə deyə bilmərəm. Sabah həkim yoxlanışıbdan sonra hər şey bilinəcək.
 
- Oyunda bəzi epizodlarda hakimə etirazını bildirdin. Hakimin idarəçiliyi haqqında nə deyə bilərsən?
- Hakim hesabı dəyişən bir səhvə yol vermədi. Sadəcə tez-tez cərimə zərbəsi verirdi, bir az sərt oyuna üstünlük versə, daha yaxşı olardı.
 
- Hal-hazırki çempionatımızın səviyyəsi haqqında nə deyə bilərsən?
- Azərbaycan çempionatı günü-gündən inkişaf edir, digər çempionatlarla elə də ciddi fərqi yoxdur, azarkeş baxımından digər çempionatlardan böyük fərqlə fərqlənir, burada azarkeş çox az gəlir stadionlara.
 
Yusif HÜSEYN

Xəbər xətti