"Biz "Rəvan"a 4 dənə top vursaydıq, yenə deyərdik ki, az qol vurmuşuq"

00:44 - 5 Oktyabr 2013

Rasim Ramaldanov:"Adi epizoddan qol buraxdıq"
 
"Oyun bizim üçün yaxşı oldu, amma hesab yox. Hücum edən, oynayan tərəf biz idik, çoxlu qol epizodları yaratdıq, amma istifadə edə bilmədik. Biz əgər "Rəvan"a dörd top vursaydıq, yenə deyərdik ki, az vurmuşuq. Bir dənə heç nədən qol buraxdıq, sonra hesabı bərabərlişdirsək də, qələbə qazana bilmədik".
 
Bu sözləri "XL"in müdafiəçisi Rasim Ramaldanov "Rəvan"la oyundan sonra Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin millinin Şimali İrlandiya və Rusiya oyunları haqqında da öz fikirlərini açıqlayıb:
 
"Bizi iki çətin oyun gözləyir, biz bu oyunlardan xal alıb, sonuncu yerdən özümüzü qurtarmalıyıq. Çalışacağıq ki, bu iki oyunda millini layiqincə təmsil edək"

Xəbər xətti