Çumbinyo: "Bakı" ilə oyun fərqli oldu" MÜSAHİBƏ

12:06 - 5 Oktyabr 2013

"Fikirləşirəm ki, çempionatın ikinci yarısında daha rahat olacağıq"
 
 
"Qarabağ"ın futbolçusu Çumbinyonun Sportal.az-a  müsahibəsi
 
- "Bakı" ilə oyun haqqında nə deyə bilərsən?
- Öncə deyim ki, çətin oyun oldu. Məşqçimizin dediyi hər şeyi etdik. Əsas məqsəd erkən qol vurmaq idi. İlk qolu vurandan sonra biraz sakitləşdik və ardınca ikinci, üçüncü qolları da vurduq. Fikirləşirəm ki, çempionatın ikinci yarısında daha rahat olacağıq. Daha çox imkanlarımız var idi qol vurmağa. Rəqibin də çoxlu qol imkanları var idi. Allaha şükür yaxşı ki, vura bilmədilər. İndi istirahət edib, öz səhvlərimiz üzərində işləyəcəyik.
 
- Belə böyükhesablı qələbə gözləyirdinmi?
- Bütün oyunlara qalib gəlmək üçün hazırlaşırıq. Fikirləşirəm ki, biz daha güclü idik. Əlimizə düşən fürsətlərdən maksimum istifadə edib, qələbə qazandıq.
- Ardıcıl 4 tur komanda qələbə qazana bilmədi. "Qarabağ"ın qeyri-stabil çıxışı nə ilə əlaqədardı?
- Bizim həmin oyunlarda xeyli imkanlarımız oldu. Təəssüf ki, həmin fürsətlərdən istifadə edə bilmədik. Ancaq "Bakı" ilə oyun fərqli oldu. Biz əlimizə düşən imkanları dəyərləndirə bildik.
 
- Avroliqa matçlarında istər Çumbinyo, istərsə də Reynaldo, Kapolonqo yaxşı çıxış edirdilər. Ancaq daxili çempionatda potensiallarından aşağı çıxış edirlər. Buna səbəb nədi?
- Artıq Avroliqadan danışmağa ehtiyac yoxdu.  Avroliqa oldu, bitdi.  Avroliqa matçı başqadı, daxili çempionat matçı başqa. Əsas mənim çıxışım deyil, əsas komandamın qələbəsidi. Fərqi yoxdur, mən yaxşı oynadım, ya yox. Əsas "Bakı"yla oyundakı kimi belə nəticələr qazanmaqdı.
 
- Qələbəni kimə həsr edirsiniz?
- Klubda can qoyan hərkəsə.
 
- İlk dövrəni çempion olaraq tamamlaınız. Geridə qalan dövrəni necə dəyərləndirirsən?
- Biz ilk dövrəni lider kimi tamamladığımız üçün şadam. Amma bizim hal-hazırda iki həftə vaxtımız var, biz bu zaman ərzində səhvlərimizi düzəltməliyik.
 
- Deyəsən ayağında zədən var...
- Hə, ancaq ciddi deyil.
 
Yusif HÜSEYN

Xəbər xətti