Fikrət Hüseynov:"Onda belə çıxır ki, vurduğumuz ikinci qolda ofsayd yox idi"
Dünən AZAL Şüvəlanda "Simurq"u qəbul edib.
AZAL oyunun sonlarında Branislav Arsenyeviçlə irəli keçsə də, lakin bu qol oyundan kənar vəziyyəti sayılaraq qeydə alınmayıb. AZAL-ın vise-prezidenti Fikrət Hüseynov bu epizodu dəqiqləşirmək üçün HK-nin sədri ilə əlaqə saxlamağa çalışdıqlarını ancaq sədrin telefonlara cavab vermədiyini və digər məslələrə Sportal.az-a verdiyi açıqlamada aydınlıq gətirib:
"Hakimlərin əlindən çempionatı dayandırmaq lazımdır.Yan xətt hakimi Qürbət Həsənovun oğludur, o,gərək atasına görə hakimlik etsin? Atası hakim inspektor şöbəsində işləyir. Əgər onun futboldan başı çıxmırsa, hakimlik etməlidir? Ümümilikdə hakimlikdən narazılığımız olmadı, penalti epizoduna etiraz etmədik. Sadəcə yan xətt hakimin ani qərarı bizi üç xaldan məhrum elədi. Bu da futbolçularda istər-istəməz psixoloji gərginlik yaradır. Mən bu gün Hakimlər Komitəsinin sədrinə 27 dəfə zəng vurmuşam, amma o telefonu götürmür. Mən ondan bir şey soruşmaq istəyirəm. Mən klub rəsmisiyəm, sən də HK-nin sədri. Niyə cavab vermirsən axı?.Onda telefonu niyə işlədirsən?Biz bir dənə Qürbətin oğluna görə niyə üç xaldan mərum olmalıyıq? Yəqin o da oyunun heç-heçə bitməsini istəyirdi. Yəqin ona görə bayrağı qaldırdıki, oyun bərabər bitsin. AZAL - "Simurq" matçı heç-heçə bitməli idi, özdə 1:1. Sədrə də zəng edirəm, telefonu götürmür. Sənin nə ixtiyarın var ki, telefona cavab verməyəsən. Götürmür, cəhənnəmə götürsün, bir dənə mesaj yazsın ki, orada ofsayd var, ya yox. İndi o, sədrdi, özünü nömrə 1 hesab edir. Sən də çıx mənim sualıma cavab ver. Ya hə, ya yox. Bəs niyə qaçırsan? Məndə də şübhə yaranir ki, o telefonu götürmür ki, orada ofsayd yox idi. Biz desinlər ki, ofsayd yoxdur, biz də inanaq".
saytlarin hazirlanmasi