Yeni baş məşqçinin kimliyi 4 gün ərzində bilinəcək
Premyer Liqada növbəti baş məşqçi istefası baş tutub.
Bu barədə "Rəvan"ın mətbuat xidmətinin rəhbəri Elvin Yaqublu Sportal.az-a açıqlamasında bildirib:
"Vladislav Qədirov göstərdiyi uğursuz nəticəyə görə, klub rəhbərliyi tərəfindən istefaya göndərildi. Yeni baş məşqçinin kimliyinə 4 gün ərzində aydınlıq gələcək. Bəzi yerlərdə deyilir ki, Bəhman Həsənov yenidən baş məşqçi olacaq, amma Bəhman Həsənov yüz faiz baş məşqçi olmayacaq".
saytlarin hazirlanmasi