AZAL-ın futbolçusu bu mövsüm 100-cü qolun müəllifi oldu

21:40 - 5 Oktyabr 2013

Qərib İbrahimov günün 7-ci qolunun müəllifi oldu
 
 
Premyer Liqanın 2013/14 mövsümündə 100-cü qol vurulub.
 
Sportal.az xəbər verir ki, yubiley topunun müəllifi AZAL-ın oyunçusu Qərib İbrahimov olub. IX turun “Simurq”la ev oyununda hesabı açan futbolçu cari mövsümün 100-cü qoluna imza atıb.
 
Belə ki, ilk 8 turda 93 qol vurulduğundan eyni gündə baş tutan I dövrənin son turunda qeydə alınacaq 7-ci top yubiley xarakteri daşımalı idi. Günün 7-ci qol sevincini isə AZAL-ın üzvü yaşayıb.
 
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu.
 
Başa çatan I dövrədə isə ümumilikdə 105 qol qeydə alınıb. Baş tutan 45 qarşılaşmada orta məhsuldarlıq 2,33-ə bərabər olub. 

Xəbər xətti