Mövsümün ilk avtoqolu vurulub
Premyer Liqanın 2013/14 mövsümündə ilk avtoqol qeydə alınıb.
Sportal.az xəbər verir ki,“Sumqayıt”ın rusiyalı legioneri Adil İbrahimov IX turun “İnter”lə oyununda topu öz qapısından keçirib. Mövsümün ilk 8 turunda belə hal qeydə alınmamışdı.
I dövrənin son turunda gerçəkləşən avtoqol Sumqayıt təmsilçisi üçün 3-cü belə haldı. 3 mövsümdü Premyer Liqada çıxış edən “gənclik şəhəri” təmsilçisi hər dəfə 1 oyunda buna üzülür. “İnter” isə çempionatlar tarixində 12-ci dəfə rəqib qoluna sevinir.
Ümumilikdə Azərbaycan çempionatları tarixində 118-ci dəfə futbolçu öz qapısına qol vurdu.
saytlarin hazirlanmasi