Ağdam təmsilçisi Fərhad və Miroya əvəzləyici tapdı
“Qarabağ” heyətini yeni qapıçı ilə gücləndirib.
Sportal.az xəbər verir ki, bu, Bosniya və Herseqovina yığmasının sabiq qolkiperi İbrahim Şehiçdi. Sözügedən ölkənin mətbuatının verdiyi xəbərə görə, artıq tərəflər müqavilə də imzalayıblar. Şehiçin "Qarabağ" forması ilə çəkdirdiyi foto mediaya sızıb.
Şehiçin son iş yeri Türkiyə PTT Birinci Liqasında mübarizə aparan “Mersin İdmanyurdu” olub. Lakin o, bu komandada əsas heyətə düşə bilmədiyindən mövsümün gedişində klubla yollarını ayırıb.
Şehiç Türkiyə təmsilçisindən azad agent kimi ayrılıb.
saytlarin hazirlanmasi