Sahib Savankulov:"Çətin də olsa, bir xal qazana bildik"
"Rəvan"ın müdafiəçisi Sahib Savankulovun Sportal.az-a müsahibəsi:
- "XL"lə oyun necə keçdi?
- Bizim üçün çox çətin oyun oldu. Hesabda 1:0 irəlidə olsaq da, üstünlüyümüzü sonuna qədər qoruya bilmədik. Amma 1:1 hesabı da bizim üçün pis nəticə deyil.
- Komandanda ilk qolu vurdun. Nə hissləri keçirirsən?
- Bəli, bu gün "Rəvan"ın heyətində ilk qolumu vurdum. Çox xoşbəxtəm, komandama kömək etdiyim üçün. Qollarımın ardı növbəti matçlarda davam edəcək.
- İlk dövrə başa çatdı. İlk dövrəni necə dəyərləndirirsən?
- İlk dövrəni bizim üçün uğurlu saymaq olmaz. Komandada yeni futbolçula var idi, ona görə komanda uyğunlaşma prosesi keçirdi. Ancaq son oyunlarda öz oyunumuzu tapmağa başladır və xallar topladıq.
- Növbəti dövrədə "Rəvan" öz sözünü deyə biləcək?
- Bəli, iki həftə vaxtımız var. Bu vaxtdan məharətlə istifadə etməliyik. Bu özümüzə gəlməyə yardım edəcək. İlk dövrədə zədədən əziyyət çəkən futbolçularımız oldu, inşallah ikinci dövrədə bu problemlə üzləşmərik.
- Bu dövrədə hakimliklə bağlı nə deyə bilərsən?
- Normal səviyyədə idarə olundu, düzdü bəzi səhv qərarlar oldu, amma səhvsiz insan yoxdur.
- Çempionatımızın səviyyəsi haqqında nə deyə bilərsən?
- Onu deyim ki, Azərbaycan çempionatı çox çətin liqadır. Çempionatın əsas əksikliklərindən biri də oyunlara azarkeşlərin az gəlməsidir. Bu çempionatda kimisə outsayder və ya kimisə favorit saymaq düzgün olmaz.
.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi