"Rəhim Həsənovun qərarları Xəqani Məmmədovun səviyyəsini izah edir"

12:10 - 8 Oktyabr 2013

"Xəqani Məmmədov nəinki Toşakın səviyyəsini, onun 35 il öncə mıxdan asdığı butsunun ipini belə müzakirə etməyə çatmaz"

 

 

"Xəzərə Lənkəran"dan Toşakı savadsız adlandıran Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova cavab gəlib.

 

Sportal.az xəbər verir ki, cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu HK sədrinin cavabını sərt şəkildə verib:

"Rəvan" və "Xəzər Lənkəran" klublarının əvəzedici komandalarının oyununda Toşakı təəccübləndirən məqam o idi ki,baş hakim penalti qərari verir,sarı vərəqə göstərir,laysman dinmir.Yalnız ev sahibi komandanın ciddi və israrlı etirazından sonra laysman baş hakimə qərarına dəyişməyə kömək edir. O ki, qaldı Xəqani Məmmədovun Toşakın səviyyəsini muzakirə etməyə, Xəqani Məmmədov nəinki Toşakın səviyyəsini, onun 35 il öncə mıxdan asdığı butsunun ipini belə müzakirə etməyə gücü və biliyi çatmaz. "Real"ın heç 10 yaşlı futbolçularının oyununu idarə etməyən keçmiş referinin "Real"ın (Madrid) əsas komandasinin baş məşqçisinin səviyyəsindən danışmağı gülüncdür. Xəqani Məmmədovun səviyyəsini Anar Salmanov, Rəhim Həsənov, Elnur Muradovun verdiyi qərarlarla biz cox gözəl ölçürük".

Xəbər xətti