Berti Foqts: "Biz İsraillə oyunda qələbə qazanmalı idik"

13:13 - 10 Oktyabr 2013

"Təkbətək mübarizələrdə də qalib gəlməyi sevirlər"
 
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis sabah keçirləcək oyun barədə bunları danışıb:
 
“Mən komandanın hazırlığından razıyam. Hava da sadəcə əladı. Mətbuatdan oxumuşam ki, biz hazırlığa çox erkən başlamışıq. Amma bu, belə deyil. Biz böyük futbol ölkələrini yalnız bir gün qabaqlaya bilmişik”.
 
Foqts zədəli futbolçular haqqında da danışıb: “Heyətdə 25 futbolçu var. Vaqif Cavadov zədəlidir. Ruslan Abışov isə oyunu buraxacaq. Komandaya bildirdim ki, biz İsraillə oyunda qələbə qazanmalı idik. Səfərdə qələbəni əldən verdik. Taktiki baxımdan səhvə yol verəndə rəqiblər bunu bağışlamır. Mahir Şükürov orda səhvə yol vermişdi. Şimali İrlandiya ilə görüşdə hakimin çox vaxt əlavə etməsi sayəsində xal itirdik”
 
Alman məşqçi milli komandada təzyiq oduğunu bildirib: “Komandada təzyiq var. Rəqibimiz atletik futbol oynayır. Təkbətək mübarizələrdə də qalib gəlməyi sevirlər. Ona görə də çətin olacaq. Beynəlxalq oyunlarla yerli oyunlar arasında fərq var. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
 
Foqts ilk “11-liy”i açıqlamayacağını da sözlərinə əlavə edib: “İlk “11-liy”i açıqlamayacağam. Çünki hamı gözləyir ki, açıqlayım o dəqiqə yazsın”.
 
Millimizin çalışdırıcısı Azərbaycan millisinin gözəl oyuna üstünlük verdiyini deyib: “Azərbaycanlı futbolçular gözəl oyunu sevirlər. Fikirlərşirəm ki, hakim bizim belə oyunumuza mane olmayacaq. Biz kobud oyunu sevmirik”.
 
Alman məşqçi komandamızın heç-heçəyə sevinməməli olduğunu bildirdi: “Biz İsraillə heç-heçə etdik. Bəziləri buna sevindi. Amma biz sevinməməliyik”.
 
Yığmamızın baş məşqçisi Ruslan Ablışovun mövqeyində kimi oynadacağı barədə suala da cavab verib: “Ruslan Abışovun mövqeyində kimi oynayadacğımı bilmirəm. Ola bilsin ki, mərkəzdə 4 futbolçu oynadaq. Ancaq tam dəqiq sabah bilnəcək”.
 
Foqts hücumçuların durumuna da aydınlıq gətirib: “Hücumçularımız xeyli qol vəziyyətlərindən istifadə edə bilmirlər. Rəqib qarşısından çoxlu təhülkə yaratsaq da, maksimum 2 və 3 qol vura bilirik. Menatelitet problemi var. 1:0-dan sonra arxayınlaşmaq lazım deyil. Uşaq futboluna diqqət yetirmək lazımdı”.

Xəbər xətti