"Biz rəqibi yerlə oynamağa məcbur etməliyik"
"Qarabağ"ın və Azərbaycan milli komandasının hücumçusu Vüqar Nadirovun Sportal.az-a müsahibəsi
- Sabah Şimali İrlandiya ilə qarşılaşacaqsınız...
- Çətin rəqibdir. Amma bu bizi qorxutmur. Məşqlərdə yaxşı hazırlaşmışıq. Bu oyunda meydanda can qoymaq lazımdır. Əgər hamı meydanda ürəylə oynasa, o zaman hər şey istədiyimiz kimi gedəcək. Ümid edirik ki, yaxşı nəticə qazanacağıq.
- Bu oyunda 3 xala ümid edə bilərikmi?
- Niyə də olmasın? Biz də istəyirik ki, xal qazanaq.
- Səfərdə bu komanda ilə oynamısız...
- Bəli, oynamışıq. Bilirik ki, ateltik komandadırlar və havada oynamağı sevirlər. Hava toplarından daha yaxşı istifadə edirlər. Belə rəqiblərlə yerlə oynamaq lazımdır. Əgər havada oynamağa onlara imkan versək, o zaman bizə çox çətin olacaq.
- Demək olar ki, onlarla “Qarabağ” oynadığı tərzdə futbol oynamaq lazımdır?
- Əlbəttə, elə oynasaq, o zaman bizim yaxşı şanslarımız olacaq. Yerdə oynamaqla rəqibin hücumlarının qarşısını ala bilərik. Bunun üçün də əlimizdən gələni edəcəyik.
- Səfərdəki heç-heçə arxayınlı yaratmayacaq ki?
- Yox, mən belə düşünmürəm.
- Milli komandamız qrupda sonuncudur...
- Düzdü, bu pillədən xilas olmaq lazımdır. Axı bizim milli sonuncu yerə layiq deyil.
- Rusiya ilə oyun haqqında nə düşünürsən?
- Əsas Şimali İrlandiyadır. Bu oyunu düşünürük. Bu oyun bitsin sonra Rusiya haqqında fikirləşəcəyik.
- Son oyunlarda meydana sonradan daxil oldun. Sabah start heyətdə meydana daxil olacağını gözləyirsənmi?
- Məşqçinin qərarıdır. O nə zaman məsləhət görsə, mən meydana çıxıb komandama kömək etməyə hazıram.
- Vüqar Nadirov uzaqdan zərbələri sevir. Səncə, bu oyunda sənin meydana çıxmağın daha yaxşı olmazdımı?
- Təbii ki, meydana çıxsam bir hücumçu kimi qol vurmağa çalışacağam. Əlimə imkan düşdükcə uzaqdan zərbə ilə də fərqlənmək olar. Hər şey sabah görünəcək. Şans olsa, qol vuracam...
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi