"Neftçi" rəqibini darmadağın etdi
Sportal.az uşaq futbol çempionatlarından icmalları davam etdirir.
AFFA-nın təşkil etdiyi U-12 Liqasında 2-ci turun oyunları keçirilib. Turun qarşılaşmalarından biri AZAL və “Neftçi” klubları arasında olub.
Oyun “Neftçi”nin 5:0 hesablı qələbəsi ilə sona çatıb. Görüşün diqqətçəkən məqamlarından biri tanınmış məşqçi Qurban Qurbanovun oğlunun het-trik etməsi olub.
Xusüsilə Musa Qurbanovun uzaq məsafədən vurduğu qol gözəl alınıb. Qeyd edək ki, 9 nömrəli futbolkada çıxış edən Musa Qurbanov komandasının 3, 4 və 5-ci qolunun müəllifi olub.
saytlarin hazirlanmasi