Millimizin üzvü:"Birinci hissə 11 nəfərlə müdafiə olunduq" MÜSAHİBƏ

00:00 - 13 Oktyabr 2013

"Vurduğum birinci qolu Azərbaycan xalqına həsr edirəm"
 
21 yaşlılardan ibarət milli komandamızın üzvü Toğrul Eratın Sportal.az-a müsahibəsi:
 
- Milli komanda ilə ikinci oyununa çıxdın. Norveçlə oyun necə keçdi?
- İlk hissə 11 nəfərlə müdafiəl olunduq, əsas məqsəd qol buraxmamaq idi, istəyimizə nail olduq. İkinci hissə 3-4 futbolçu ilə press etdik və qollri vurduq. Norveç güclü komanda da olsa, məğlub edə biləcəyimiz bir komanda idi.
 
- Oyundən əvvəl belə hesablı qələbə gözləyirdinmi?
- Düzünü desək, gözləmirdim. İsrailə acı məğlubiyyətdən (7:2) sonrada komandada buruqluq var idi. Ancaq ikinci hissə başlayanda gördük ki, bu matçı qazana bilərik və qazandıq.
 
- İki qol vurdun. Bu qolları kimə həsr edirsən?
- İlk qolumu bütün Azərbaycan xalqına həsr edirəm. İkinci qolu isə ailəmə hədiyyə edirəm. Həmişə mənə dəstək oldular, mən də onlara qol vuracam deyə söz verdim və sözümün üstündə durdum. Çox xoşbəxtəm.
 
- Növbəti rəqibiniz Portuqaliyadır. Bu oyun haqda və millimizin qrupdan çıxmaq şanslarını dəyərləndirərdin..
- Portuqaliya çox güclü rəqibdir, qrupda iki oyunun ikisini də qazanıblar. Bu oyunda komanda olaraq müdafiə olunmalı və əlimizə düşən epizoddan istifadə etməliyik. Amma çox çox çətin matç olacaq bizim üçün.
 
- Bəzi mətbu orqanlarda yazılır ki, sən Azərbaycan millisini pula görə seçmisən. Bu haqda nə deyə bilərsən?
- Belə xəbərləri niyə yazırlar, bilmirəm . Bu xəbərlərin hamısı yalandır. Mənim üçün Türkiyə necədirsə, Azərbaycan da elədir. Mən Azərbaycan millisini heç vaxt pula görə seçməmişəm.
 
Yusif HÜSEYN

Xəbər xətti