Millimizin debütantı:"Bizə yalnız əzmkar mübarizə kömək edə bilər" MÜSAHİBƏ

14:45 - 14 Oktyabr 2013

"Bu məğlubiyyətdə birinci özümü günahkar hesab edirəm"
 
 21 yaşlılardan ibarət milli komandamızda debüt edən "Bakı"nın yarımmüdafiəçisi Vadim Abdullayevin Sportal.az-a müsahibəsi
 
- İlk olaraq, təbrik edirəm. Milli komandada debüt etdin. Nə hisslər keçirirsən?
- İlk dəfə millidə oynamağım mənim üçün sevindirici hal oldu. bu hissləri sözlə ifadə etmək çətindir. Qələbəmizdə mənim də payım olduğuma görə özümü xoşbəxt hiss edirəm.
 
- İlk oyunda 45 dəqiqə meydanda oldun. Sənin üçün çətin olmadı?
- Düzdür bəzi anlaşmazlıqlar oldu. Çünki millidə birinci oyunum idi, həm də komanda yoldaşlarım ilə heç vaxt bir yerdə oynamadağıma görə bir az anlaşmazlıq var idi, amma ümumilikdə hər şey uğurlu alındı.
 
- Norveçlə oyunda gözlənilməz qələbə qazandınız. Bu barədə nə deyə bilərsən?
- Çox ağır oyun keçdi, komanda yoldaşlarımın hamısı əzmkar mübarizə apardı, əllərindən gələn nə varsa, hamısını meydançada etdilər. Sonda Allah əziyyətimizi yerdə qoymadı. Nəzərə alsaq ki, səfərdə oynayırdıq və rəqibin bizim üzərimizdə təzyiqi çox idi. Bu qələbə bizə çox lazım idi.
 
- Sabah Portuqaliya ilə qarşılaşacaqsınız. Bu oyun haqqında nə düşünürsən ?
- Bu rəqib haqqında nəsə deməyə ehtiyac yoxdur, rəqib favortdi. Ona görə bizə yalnız əzmkar mübarizə kömək edə bilər.
 
- Son olaraq "Bakı"nın "Qarabağ"a böyükhesablı məğlubiyyətinin səbəbini soruşmaq istəyirdim...
- Həmin gün oyunum heç alınmadı, bu məğlubiyyətdə birinci özümü günahkar hesab edirəm. Bu barədə çox danışmaq istəmirəm.
 
Yusif Hüseyn

Xəbər xətti