"Redniklə Toşakın oyun üslubları bir-birinə oxşayır" MÜSAHİBƏ

00:01 - 15 Oktyabr 2013

Ciovanni Melkourne:"Hər oyun bizim üçün final matçıdır"

 
"Xəzər Lənkəran" fiziki məşqçisi Ciovanni Melkournenin Sportal.az-a müsahibəsi:
 
- Komandanızın hazırki durumunu necə dəyərləndirirsiniz?
- Mən artıq bir aydır ki, komandayam. 4 oyun oynadıq, 2 qələbə, 1 məğlubiyyət, bir dənə də bərabərlik. Nəticə pis deyil, amma daha yaxşı nəticə əldə edə bilərdik. Komanda getdikcə daha yaxşı nəticə əldə edəcək.
 
- Komandanın əsas sıxıntılarından biri də epizodları boşa verməsidir. Bunun səbəbi nədir?
- Bu haqda nə deyə bilərəm?. Top qapıya girmək istəmir. Əsasodur ki, yaxşı oyun göstəririk, yaxşı oyundan sonra qollar da gələcək.
 
- Siz komandaya yeni gələnədə komandada hansı problemlərlə üzləşdiniz?
- Mənə əvvəlki durum maraqlı deyil.Mənim işlədiyim dövrdə komandamdan razıyam.
 
- Siz həm Redniklə, həm Toşakla işləmisiniz. Hansı baş məşqçinin oyun üslubu daha yaxşıdır?
- Hər bir məşqçinin öz üslubu var. Bunu da dəyərləndirmək düzgün çıxmaz.
 
- Rednik və Toşakın oyun üslubları bir-birinə oxşayır?
- Oyun olaraq oxşayır. Hər ikisi pasla oynamağa üstünlük verən komanda yaradıblar.
 
- Son olaraq, "XL" bu mövsüm çempion ola biləcəkmi?
- Bu haqda danışmaq üçün hələ tezdir. Biz diqqətimizi oyundan oyuna veririk. Hər oyun bizim üçün final matçıdır. İnşallah, çempion olarıq.
 
Yusif HÜSEYN
 

Xəbər xətti