Oyunçu bir qırmızı vərəqəyə görə iki oyunu buraxdı
Azərbaycan futbolunda analoqu olmayan hadisələr davam etməkdədir. Sportal.az futbol qurumunun növbəti saxtakarlğını aşkarlayıb. Belə ki, U-15 Liqasının 1-ci turunda baş tutan "Xəzər Lənkəran" - "Quba" oyununda ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alan meydan sahiblərinin futboçusu İbrahim Qədirov bundan sonrakı iki oyunu buraxmalı olub. "Xəzər Lənkəran" - "Neft Qaz" oyununda meydana çıxa bilməyən Qədirov komandasına "Bakı" ilə oyunda da kömək edə bilməyib.
Məsələ orasındadır ki, "Neft Qaz"la oyunda cəzasını tamamlayan futbolçu AFFA-nın saxtakarlığı səbəbiylə növbəti oyunu da buraxıb. Bununla bağlı cənub klubu futbol qurumuna müraciət etsə də, onlar AFFA Nizam-İntizam Komitəsinin iclası keçirilmədiyi üçün Qədirovun "Bakı" ilə oyunu da buraxmalı olduğunu bildirib. Bu qərar isə Azərbaycan futbolunda anoloqu olmayan qərarlar siyahısına düşüb.
saytlarin hazirlanmasi