Oyundan qabaq verilən açıqlamanın nəticəsi
Rusiya millisinin azərbaycanlı üzvü Aleksandr Səmədov Azərbaycan – Rusiya matçından əvvəl futbolçularımızın ünvanına xoşagəlməz ifadələr işlətmişdi. Xüsusilə onun azərbaycanlı futbolçuları cəzalandıracaqlarına dair fikirləri narazılıq yaratmışdı.
Matçdan əvvəl keçirilən mətbuat konfransında millimizin kapitanı Rəşad Sadıqov bu məsələyə toxunmuşdu və meydanda yox, başqa yerdə üz-üzə gəlsəydilər, Səmədovdan bu ifadəsinə görə başqa cür hesab soracağını dilə gətirmişdi.
Azərbaycan – Rusiya matçı bitəndən sonra Rəşad Sadıqov Aleksandr Səmədovu yanına çağırıb və onunla bir neçə dəqiqə söhbət edib. Mövzu aydın olsa da, hələ ki, onların konkret hansı səpkidə danışdığı və Aleksandr Səmədovun öz fikirlərinə necə bəraət qazandırdığı bilinmir.
saytlarin hazirlanmasi