Foqts:"Ancaq mən axıra qədər komandama inanırdım"

01:28 - 16 Oktyabr 2013

"Məşqlərdə onu bu mövqedə sınamışdım və yaxşı təsir bağışlamışdı"
 
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Rusiya ilə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:

- Öz komandamı təbrik edirəm. Azlıqda qalsaq da, hesabı bərabərləşdirə bildik. Belə güclü rəqibə qarşı xal qazanmq asan deyildi. Ancaq mən axıra qədər komandama inanırdım. Hiss olunurdu ki, komandam dörd gündən bir oynamağa öyrənməyib. Azarkeşlərə öz minnətdarlığımı bildirirəm. Son dəqiqəyə qədər bizi dəstəklədilər. Rusiya milli komandasına Dünya çempionatında uğurlar arzulayıram. Ancaq Almaniya ilə oyunlarda yox.

- Futbolçularla bərk qucaqlaşırdınız. Bu, vida görüşü idi, yoxsa sevinc?

- Oyunla bağlı sual verin.

- Son dəfə Levinin oyununu nə  vaxt görmüşdünüz ki, onu oyuna start heyətə salmışdınız? O, oyun boyu səhvlərlə yadda qalırdı. Maksimi niyə dayaq yarımmüdafiəçisi kimi oynatdınız?

- Bilirdim ki, ruslara qarşı bizə Maksim kimi sürətli fubolçular lazımdır. Məşqlərdə onu bu mövqedə sınamışdım və yaxşı təsir bağışlamışdı.Levinə gəldikdə isə, hər bir oyunçu səhv edə bilər. Futbol komanda şəklidə oynanılır.

Ruslara qələbə lazım olsaydı, yenə də bu taktika ilə oynayacaqdınız?

- Əlbəttə. Yaxşı taktika seçmişdik. Onun sayəsində də azlıqda olmağımıza baxmayaraq, uduzmadıq.

Xəbər xətti